Haqqımızda


Fortiori hüquq şirkətində Avropanın müxtəlif ölkələrində təhsil almış, müxtəlif beynəlxalq və yerli şirkətlərdə çalışmış, Vəkillər Kollegiyasının üzvü olaraq geniş peşəkar təcrübəyə malik hüquqşünaslar fəaliyyət göstərir.

Komandamızın diqqət mərkəzində, əsasən kommersiya, korporativ, İT hüququna dair məsələlər, mübahisələrin həlli və hüququn digər sahələri yerləşir.

Komandamız

Həmid Əhmədov

İdarəedici Partnyor
Həmid Əhmədov 2011-cı ildən hüquq fəaliyyəti ilə məşğuldur. O, Fortioriyə qoşulmamışdan öncə özəl və dövlət sektorunda fəaliyyət göstərmiş, böyük dördlük (Big4) şirkətində, eləcə də bir sıra yerli və xarici hüquq şirkətlərində çalışmışdır. Həmid Əhmədov korporativ, biznes, İT, vergi hüququ sahələrində xidmətlər göstərir.

Həmid Əhmədov Bakı Dövlət Universitetində və Almaniyanın Münster Universitetində hüquq üzrə təhsil almışdır.[/vc_column_text]

Təcrübə

  • Yerli şirkətin hüquq departamentinə rəhbərlik etmiş, müqavilələrin idarə edilməsi və korporativ idarəetmə sisteminin qurulmasında iştirak etmişdir
  • Yerli şirkətin dövlət satınalma prosedurlarında iştirakında, o cümlədən tikinti müqavilələrinin hazırlanması, danışıqların aparılması sahəsində hüquqi xidmətlər göstərmişdir
  • Yerli yanacaq doldurulma məntəqələrinin satın alınması ilə bağlı hüquqi dəstək göstərmiş, müqavilələrin hazırlanması və sonrakı prosesləri hüquqi baxımdan müşayiət etmişdir
  • Yerli holdinq tərəfindən yerli şirkətin satın alınması ilə bağlı hüquqi ekspertiza aparılması ilə bağlı xidmət göstərmişdir
  • Yerli holdinq üçün korporativ idarəetmə sisteminin qurulması sahəsində hüquqi dəstək göstərmişdir
  • Neft-qaz sahəsində fəaliyyət göstərən şirkət üçün tikinti layihəsində hüquqi dəstək göstərmiş, tikinti müqavilələrinin hazırlanmasında və danışıqlarda iştirak etmişdir
  • Xarici şirkətlərin yerli nümayəndəliklərinin, filiallarının təsis və ləğv proseslərini uğurla icra etmişdir
  • Yerli startap inkubasiya və akselerasiya layihəsinin icrası ilə bağlı hüquqi dəstək göstərmiş, investisiya, təsis və səhmdarlar müqavilələrinin hazırlanmasında iştirak etmişdir
  • Yerli və xarici İT şirkətləri üçün tam hüquqi dəstək göstərmiş, müxtəlif hüquqi məsələlərin həlli istiqamətində xidmətlər göstərmişdir
  • Vergi mübahisələri ilə bağlı məhkəmə çəkişmələrində müştəriləri uğurla təmsil etmişdir
  • Dünya Bankının yerli banklarla bağlı layihəsində hüquqi dəstək göstərmişdir
  • Yerli banka müxtəlif məsələlərlə bağlı hüquqi məsləhət xidmətləri göstərmişdir
  • Haqsız rəqabət ilə bağlı yerli holdinq üçün hüquqi ekspertiza və araşdırma həyata keçirmişdir
  • Əqli mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı yerli və xarici şirkətlər üçün layihələr icra etmişdir
  • Dövlət orqanında qanunvericilik layihələrinin hazırlanması ilə bağlı proseslərdə iştirak etmişdir
  • Daşınmaz əmlak sahəsində hüquqi məsləhət xidmətləri göstərmiş, həmçinin məhkəmələrdə təmsilçilik həyata keçirmişdir
  • Alman hüquq firmasında vəkil köməkçisi kimi fəaliyyət göstərilmiş, ailə, miqrasiya və əmək mübahisələri ilə bağlı işlərdə iştirak etmişdir.

Dil bilikləri

Həmid Əhmədov ingilis, alman, rus və azərbaycan dillərində mükəmməl biliyə malikdir

Sənan Şirinov

Partnyor

Sənan Şirinov beş ildən çox müddət ərzində müxtəlif yerli və xarici şirkətlər üçün hüquqi xidmətlər göstərməkdədir. Bundan əvvəl, o, Azərbaycan Respublikası Vəkillər Kollegiyasında, yerli hüquq firmalarında, o cümlədən bir sıra şirkətlərdə hüquq məsləhətçisi vəzifəsində çalışmışdır. Sənan Şirinov korporativ, kommersiya hüququ və mübahisələrin həlli sahəsində təcrübəli hüquqşünasdır.

Sənan Şirinov bakalavr təhsilini Doğu Akdeniz Universitetində, magistr təhsilini isə Vyana Universitetində almışdır.

Təcrübə:

  • Yerli şirkət üçün müqavilələrin idarə edilməsi və icrasına nəzarət sisteminin qurulması ilə bağlı hüquq xidmət göstərmişdir
  • Yerli şirkət üçün bir sıra beynəlxalq müqavilələrin hazırlanmasında və danışıqların aparılmasında hüquqi dəstək xidməti göstərmişdir
  • Yerli istehsalçı müəssisəyə hüquq məsləhətçisi qismində məsləhətlər vermişdir
  • Yerli təhsil müəssisəsi üçün müxtəlif sahələrdə hüquqi xidmət göstərmiş, o cümlədən korporativ idarəetmə sisteminin qurulmasında yaxından iştirak etmişdir
  • Bir sıra yerli və xarici şirkətləri məhkəmə mübahisələrində uğurla təmsil etmişdir
  • Xarici investisiyalı şirkətlərin qurulması ilə bağlı tam hüquqi dəstək xidməti göstərmişdir
  • Qeyri-kommersiya hüquqi şəxsin təsis sənədlərinin hazırlanması və onun dövlət qeydiyyatına alınmasını uğurla həyata keçirmişdir
  • Yerli holdinqin dövlət satınalma prosedurlarında iştirakında, o cümlədən tikinti müqavilələrinin hazırlanması, danışıqların aparılması sahəsində hüquqi xidmətlər göstərmişdir
  • Yerli yanacaq doldurulma məntəqələrinin satın alınması ilə bağlı hüquqi dəstək göstərmiş, müqavilələrin hazırlanması və sonrakı prosesləri hüquqi baxımdan müşayiət etmişdir
  • Yerli startap inkubasiya və akselerasiya layihəsinin icrası ilə bağlı hüquqi dəstək göstərmiş, o cümlədən investisiya, təsis və səhmdarlar müqavilələrinin hazırlanmasında iştirak etmişdir
  • Yerli və xarici İT şirkətləri üçün tam hüquqi dəstək göstərmiş, müxtəlif hüquqi məsələlərin həlli istiqamətində xidmətlər göstərmişdir
  • Daşınmaz əmlak sahəsində hüquqi məsləhət xidmətləri göstərmiş, həmçinin məhkəmələrdə uğurla təmsilçilik həyata keçirmişdir
  • Yerli şirkətlərin əməkdaşları üçün hüququn müxtəlif sahələrində bir sıra təlimlər həyata keçirmişdir
  • Haqsız rəqabətlə bağlı məsələdə yerli şirkəti dövlət qurumu qarşısında uğurla təmsil etmişdir
  • Mülki və inzibati məhkəmə çəkişmələrində müştəriləri uğurla təmsil etmişdir
  • Xarici tikinti şirkətinin bir milyon ABŞ dollarından çox olan iddia tələbi üzrə şirkəti uğurla məhkəmə təmsil etmişdir.

Dil bilikləri

Sənan Şirinov ingilis, rus, türk və azərbaycan dillərində mükəmməl biliyə malikdir




Sadiq Şəfiyev


Hüquq Meneceri



Kənan Şirinzadə


Baş Hüquqşünas





Xoşqədəm Salmanova


Kiçik Hüquqşünas